17 HOTELƏ SERTİFIKAT VERİLDİ

Turizm bürosu və Azərbaycan Hotel Asossasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələri verildi. Bunun üçün təşkil edilən tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirdi ki, ilkin monitorinqlərə əsasən bir çox hotellər gözlədikləri ulduz dərəcələrini ala bilməyəcəklər. Çünki, onların göstərdikləri xidmətlər buna uyğun gəlmir.