44 GÜNLÜK QARABAĞ MÜHARİBƏSİNDƏ GÜNEY AZƏRBAYCAN

27 sentyabr 2020 -ci ildə Azərbaycanda müharibə səfərbərliyi elan edilməsi ilə eyni tarixdən bəri cəbhədə baş verən hadisələr Güney Azərbaycan ictimaiyyəti tərəfindən həssaslıqla izlənildi. Müharibənin ilk günlərində İranın Ermənistana hərbi yardımla yüklənmiş yük maşınları göndərdiyi barədə verilən açıqlanmadan sonra, Güney azərbaycanlılar küçələrdə axışaraq, mitinqlər keçirməyə başladılar. Bununlada onlar, hökumətə qarşı etirazlarını nümaiş etdirdilər.