HƏRBİ ƏSİRLƏR MÜHARİBƏ ZAMANI ƏSİR DÜŞMÜŞ ŞƏXSLƏRDİR

"Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb". Bu fikirləri sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib. Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.