QARABAĞDA ANTİTERROR ƏMƏLİYYATLARINA BAŞLANILDI

Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən bilgiyə görə, bu xüsusda, döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər tərəfimizdən aparılan müşahidələrlə təsbit edilib.

Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamıdır.

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi dəfələrlə bayan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir.

Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Keçirilən tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb”, - deyə məlumatda bildirilir.

 

 

“XINALIQ VƏ KÖÇ YOLU MƏDƏNİ LANDŞAFTI” UNESCO-NUN ÜMUMDÜNYA İRS SİYAHISINA DAXİL EDİLDİ

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” adlı nominasiya ərazisi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu haqda qərar 2023-cü ilin 18 sentyabr tarixində

QUBADA TANINMIŞ ŞAİRLƏ GÖRÜŞ KEÇİRİLİB

QUBADA TANINMIŞ ŞAİRLƏ GÖRÜŞ KEÇİRİLİB Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və AYB-nın Quba bölməsinin birgə təşkilatçılığı ilə şair, publisist, AYB-nın üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə oxucuların görüşü keçirilib. Tədbirdə kitabxana əməkdaşları, bölgə yazarları, gənclər, ziyalılar, kitabxananın fəal oxucuları və başqaları iştirak edib. Tədbirdə çıxış edən AYB-nın Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov Qəşəm Nəcəfzadəyə xoş arzularını bildirərək, belə tədbirlərin oxucularla tez-tez keçirilməsinin əhəmiyyətindən danışıblar. Görüşdə çıxış edən müəllif qələmə aldığı son əsərləri, bədii ədəbiyyatın insan həyatındakı rolu haqqında geniş söhbət açıb, iştirakçılara dəyərli məsləhətlər verib,ona ünvanlanan sualları cavablandırıb. Tədbir çərçivəsində bölgə yazarları yeni qələmə aldıqları əsərlərindən parçalar səsləndiriblər. Sonda iştirakçılar xatirə şəkli çəkdirib.

18 SENTYABR “MİLLİ MUSİQİ GÜNÜ”DÜR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması

İLQAR MAHMUDOV ƏLİBƏYQIŞLAQ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vladimirovka kənd inzibati ərazi dairəsinin Əlibəyqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon Polis

DÜŞMƏN MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

Sentyabrın 15-də saat 23:55-dən sentyabrın 16-da 00:35-dək Ermənistan silahlı qüvvələrinin

XAÇMAZDA 50 İLLİK KÖRPÜ NİYƏ UÇDU?

Bu körpü 1974-cü ildə tikilmişdi. 49 il idi ki, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-

QUBALI ŞƏHİD ÜMİD HƏSƏNOVUN ANIM TƏDBİRİNDƏ İZDİHAM YAŞANDI

Qubanın İsnovqışlaq kəndində keçən il 12-14 sentyabr hadisələrində qəhrəmancasına şəhid olmuş Ümid İlqar oğlu Həsənovun anım mərasimi keçirilib.  Anım mərasimi İsnovqışlaq kənd