İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də keçiriləcək.Bu barədə İran Seçki Qərargahına istinadən, Tasnim agentliyi bilgi yayıb.Verilən bilgiyə görə, seçkilərdə iştirak
edəcək namizədlər mayın 28-dən qeydiyyata alınacaq.Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.Qeyd edək ki, İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.