QUBA POLİSİ VƏTƏNDAŞLARI DİQQƏTLİ OLMAĞA ÇAĞIRIR
Baxış sayı: 190
Quba polisi tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları kibermaarifləndirilməsi məqsədi ilə məlumatverici lövhələr quraşdırılıb. Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir. Quba Rayon Polis Şöbəsi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyyə edir. Quraşdırılan lövhəciklərdə dələduzlar tərəfindən ən çox istifadə edilən üsullar barədə ətraflı məlumat yerləşdirilib. Bundan sonra da Quba RPŞ tərəfindən kiberdələduzlara qarşı maarifləndirmə və təbliğat tədbirləri davam etdiriləcək.
{youtube}AClpWe8RSBc{youtube}