MONİTORİNQ İKİ FƏNN ÜZRƏ APARILIB

Mayın 18-də ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib. Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb. Qeyd edək ki, monitorinqin

nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir. Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.  Qeyd edək ki, 18-19 may tarixlərində baş tutacaq monitorinqlərdə 300 min nəfərə yaxın şagirdin iştirakı nəzərdə tutulub.