Sentyabrın 11-i saat 10:50-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub.
Ermənistan Azərbaycana növbəti dəfə güzəştə getməyə hazırlaşır. Bu dəfə Mehridən yol veriləcək.
Quba rayonunun Adur kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 №-li xüsusi təyinatlı yol istismarı MMC tərəfindən qısa müddətdə inşası başa çatdırılan körpünün açılışı olub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri, 11 №-li xüsusi təyinatlı yol istismarı MMC-nin rəhbərliyi və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.Kənd sakinləri körpünün ərsəyə gəlməsində əməyi olan hər bir kəsə, xüsusən əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Amsar kənd inzibati ərazi dairəsinin Ərməki kəndində vətəndaşların səyyar qəbulunu keçirib.
Moskva Zəngəzur dəhlizi məsələsində paradoksal addımlardan imtina etməlidir.
"Rusiyalı turistlərin Azərbaycana səfərlərinin sayı 50% artıb". Bu barədə Rusiyanın "Ostrovok" onlayn hotel və mənzil bronlaşdırma xidmətindən gazeta
Hərbçi Edqar Aleksanyanı intihara sürükləməkdə ittiham edilən həmkarı saxlanılıb.
Ermənistan baş naziri Nikol Paşinyan Cermuk icmasının büdcəsini restoranlardakı ayaq yolularından istifadəyə görə ödənişlərdən əldə edilən gəlirlər hesabına doldurmaq niyyətindədir. Qafqaz TV-nin erməni mətbuatına istinadən verdiyi bilgiyə görə, o, Cermukda məşhur maral heykəlinin yaxınlığında restoran və kafelər tikilməsini təklif edib. "Niyə burada restoran, kafe və hotellər olmamalıdır? Turistlər pul xərcləyirlər, hətta aytualetə 500 dram, yəni 1 ABŞ dollarından çox xərcləsələr belə bu, onlar üçün az puldur, amma icma bununla hansısa problemi həll edə bilər", - deyə Paşinyan bildirib. Qeyd edək ki, baş nazir bu sözləri Cermukdakı məşhur maral heykəlinə aparan 1,6 km uzunluğunda yolun çəkilişi zamanı deyib. Bu barədə Paşinyan öz Facebook səhifəsində yazıb: -Müşahidə meydançasının tikintisi davam edir. Bu göyərtənin cəmiyyətdə turizmi təbliğ edəcəyi gözlənilir. Tikinti işləri 2025-ci ildə başa çatdırılacaq- deyə o əlavə edib.