İRAN RUSİYANI QƏRBƏ DƏYİŞMƏK İSTƏYİR?

Moskva Zəngəzur dəhlizi məsələsində paradoksal addımlardan imtina etməlidir.

Bunu İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Fədəhhüseyn Maliki deyib. Onun sözlərinə görə, İran diplomatiyası Moskvanın addımlarına qarşı qəti cavaba hazırdır:“Rusiyanın Zəngəzur dəhlizinə dəstəyi kürəyimizdən zərbədir”. Deputat həmçinin qeyd edib ki, Rusiya artıq Fars körfəzində 3 ada məsələsinə görə İrandan sərt cavab alıb, eyni səhvi indi də Zəngəzurda təkrarlayır.