ADUR KƏNDİNDƏ KÖRPÜ İSTİFADƏYƏ VERİLDİ

Quba rayonunun Adur kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 №-li xüsusi təyinatlı yol istismarı MMC tərəfindən qısa müddətdə inşası başa çatdırılan körpünün açılışı olub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri, 11 №-li xüsusi təyinatlı yol istismarı MMC-nin rəhbərliyi və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.Kənd sakinləri körpünün ərsəyə gəlməsində əməyi olan hər bir kəsə, xüsusən əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.