ERMƏNİLƏR SƏDƏRƏYİ YENİDƏN ATƏŞƏ TUTDU
Baxış sayı: 97
Sentyabrın 11-i saat 10:50-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən üzbəüz mövqelərdən atıcı silahlar vasitəsilə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bilgi verilib. Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.