QAFQAZ TV YARADICI BİRLİYİ GƏLƏNƏKSƏL TÜRK OXÇULUĞU TƏLİMLƏRİ ALDI.

Bu dəfə “Çöl”də olmağımızın xüsusi bir səbəbi daha var idi.Təbiətdən zövq almaq, şəhərin stresindən qurtulmaq, yenilənmək yox həm də, ən əsas – çağdaş insan üçün yeni bir şey olan çöldə yaşamın ruhunu anlamaq , çölçü olmağın fəlsəfəsini yaşamaq üçün hər dəfə çölə üz tutan Qafqaz tv yaradıcı birliyini bu dəfə çölə çıxaran xüsusi səbəb daha var idi.

DAİRƏVİ MOBİL TELEFON TANIDILDI

 "CES 2020" beynəlxalq sərgisində "ağıllı" ev, süni intellekt, 5G, qatlama maşınları, nəzarət texnologiyası, robototexnika ilə bağlı minlərlə yeni məhsul təqdim edilib.Sərgi iştirakçılarının böyük marağına səbəb olan qurğular arasında dairəvi formada hazırlanan yeni mobil telefon daha çox diqqət çəkib.

“CİTYAİRBUS” AERO TAKSİSİ İLK SƏRBƏST UÇUŞUNU HƏYATA KEÇİRDİ.

 Söhbət praktiki cəhətdən tamamlanmış, havada 120 kilometr/saat sürətlə dörd nəfəri daşımaq iqtidarında olan maşından gedir.Uçan taksinin mühərriki elektrik enerjisi ilə çalışır, uçuş və eniş şaquli icra olunur.

AZƏRBAYCANDA TURİZM SEKTORU NÜMAYƏNDƏLƏRİNİN ETİK KODEKSİ HAZIRLANIB.

Azərbaycanda turizm xidmətlərinin keyfiyyətini artırımaq məqsədilə yeni fəaliyyət mexanizmləri hazırlanıb.Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri, o cümlədən, turistlər üçün nəzərdə tutulduğu deyilir.

QUBA RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI ZİYƏDDİN ƏLİYEV QƏÇRƏŞ KƏNDİNDƏ SAKİNLƏRLƏ GÖRÜŞÜB.

Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qəçrəş kəndində vətəndaşlarla görüşüb, Rayon mərkəzindən 12 km məsafədə yerləşən, 2500 nəfərə yaxın əhalinin yaşadığı kəndin sakinlərinin müraicətlərini dinləyib.

YAPONLARIN ZƏKALI OLMASININ SƏBƏBİ NƏDİR?

Onlar baş beynin aktivliyini artıran və onu lazımi maddələri bir bitkidən alırlar. Daha doğrusu bu bitkinin təzə köklərini, həm şorabasını uşaqlıqdan yeməklə.. Hazırda da Yaponiya bazarlarında və marketlərində satılan bu bitki ayıpəncəsidir.

2020-Cİ İL BEYNƏLXALQ BİTKİ SAĞLAMLIĞI İLİ ELAN OLUNUB.

2020-ci ilin Beynəlxalq Bitki Sağlamlığı İli elan olunmasının başlıca səbəbi bitkilərin qorunması barədə qlobal məlumatlandırma, yoxsulluğun azaldılması, biomüxtəlifliyin və ətraf mühitin qorunması və iqtisadi yüksəliş inkişafına nail olmaqdır.

ŞƏMKİRDƏKİ MARAL TƏSƏRRÜFATI TURİSTLƏRİN DİQQƏTİNİ ÇƏKİR.

 Şəmkir rayonunun Çənlibel kəndi ərazisində bir neçə ildir ki, altay maralları bəslənir.İri buynuzları ilə diqqət çəkən bu marallardan artıq bala da alınıb.Yerli iqlimə uyğunlaşan maralların saxlandığı məkan turistlərin də diqqətini cəlb edib.