SOSİAL LAYİHƏLƏRİN İCRASI DAVAM ETDİRİLİR

Quba şəhərində Əliqulu Nərimanov küçəsində Türkiyə-Azərbaycan Qardaşlıq Parkının tikintisi davam etdirilir.Tikinti işlərinə memar və dizayner həmvətənlərimizlə yanaşı qardaş ölkənin mütəxəssisləri də cəlb olunub.Parkın ərazisi 1500 kv metrə yaxındır.Ərazidə simvolik olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir ediləcək. Azərbaycan və Türkiyə bayraqlarının da dalğalanacağı parkda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün lazımi şərait yaradılacaq.İşlərin gedişatı ilə maraqlanmaq üçün əraziyə gələn Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki, park nəzərdə tutulan vaxtda, 10 may tarixində, ulu öndərimiz Heydər Əliyevin doğum günündə istifadəyə veriləcək.Qubada icrası başa çatdırılan və davam etdirilən sosial layihələr barədə danışan Quba rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tarıyel İbrahimov onu da vurğuladı ki...Qeyd edək ki, Qubada həyata keçirilən layihələr dövlətimizin insanların yaşam vəziyyətinin yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətindəki önəmli tədbirlərindəndir.