TÜRKİYƏ ÖZ TARİXİ İLƏ QÜRUR DUYUR

Hər il olduğu kimi yenə 24 apreldə bəzi xarici KİV-də sözdə erməni “soyrımı” yalanlarını duymaqdayıq. Sözdə erməni “soyrıqmı”, əslində isə ermənilərin yerdəyişdirilməsi olan 24 aprel tarixinə dünya siyasətçilərinin, özəlliklə də ABŞ prezidentlərinin nə dediyinə baxsaq görərik ki, hər il ermənilər bu mövzunu açanda ABŞ ermənilərin bu iddilarını rədd edən bəyanatlarla çıxış ediblər. Tarixə nəzər salsaq görərik ki, Osmanl-Rusiya müharibəsindən sonra ermənilə Osmanlıya xəyanət edib, türklərin kütləvi qətliamlarını törədərək Türkiyənin müxtəlif yerlərində dövlətin güvənini sarsıda biləcək üsyanlar çıxarıblar. Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi olmuş ehtiyyatda olan general Yücel Karauz deyib. Hər il gündəmə gələn sözdə erməni soyqrımı yalanlarından danışan Yücel Karauzun fikrincə erməni yalanlarını ortaya çıxarmaq üçün ilk olaraq Osmanlıda yaşayan erməni əhalisinin sayına diqqət etmək gərəkir. Eyni zamanda dövlətə qarşı üsyan edən ermənilərin həbs olunaraq ölkədən çıxarılması zamanı, günahl olmadığı açıqlanan ermənilər təkrar geri Türkiyəyə qaytarılıblar Türkiyənin tarixində utanacaq, sıxılacaq, insanların bilətərk və istəyərək qətliamlarını törətmək kimi bir durum olmayıb. Biz tariximizlə qürur duyuruq. Amma bu gün erməni soyqrımını tanıyan dövlətlər dönüb öz tarixlərinə baxsınlar deyən Yücel Karauz ermənilərin Azərbaycanda törətdikləri faciələrə diqqət çəkdiXatırladaq ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan dəfələrlə bildirib ki, erməni yalanlarının ifşa olunmasının ən ədalətli yolu tarixi arxivlərin açılmasıdır. ermənilər və onların havadarlarını görünür bu təklif qorxudur. Qorxudur ki, tarixi faktlara baxsalar yalanları üzə çıxar, üzərində illərdir xam xəyyalr quraraq çaxnaşmalar yaratmaq üçün əllərində bəhanə qalmaz