ERMƏNİ TERRORUNU ƏKS ETDİRƏN VİDEOÇARX HAZIRLANIB

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb. videoçarxı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun öz rəsmi “Twitter” səhifəsində paylaşıb.F.Altun paylaşımında şərh olaraq bildirib: “Erməni terror təşkilatları, bir sıra sui-qəsdlər, bombalı və silahlı hücumlar təşkil edərək türklərlə yanaşı, Azərbaycan, Fransa, İsveç və ABŞ vətəndaşları da daxil olmaqla çox sayda dinc insanı qətlə yetirib”.Bundan əlavə, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair məlum açıqlamasını şərh edən Fahrettin Altun bildirib: “Erməni diasporunun əsassız böhtanlarını dəstəkləyən bu açıqlamanın ABŞ-ın daxili siyasi hesablarından qaynaqlandığı aydındır. Şübhəsiz ki, mənfi təsir göstərəcək bu təşəbbüs nə ermənilərin acınacaqlı vəziyyətlərindən qurtulmasına kömək olacaq, nə də ABŞ-ın maraqlarına xidmət edəcək. Co Bayden hakimiyyətinin daxili siyasi məqsədlərlə tarixi səhv təqdim etməsi Türkiyə-ABŞ münasibətləri baxımından həqiqətən təəssüf doğuran haldır. 1915-ci il hadisələrinin faciədən başqa bir şey olaraq etiketlənməsi isə səhv və zərərlidir”.Türkiyənin təxminən altı əsrlik imperiyanın küllərindən yenidən doğulduğunu vurğulayan F.Altun deyib: “Fərqli mədəniyyətlərin tolerantlıq və sülh içində birgə yaşadığı bir tarixə sahibik. Birinci Dünya müharibəsi şəraitində baş verənlər Avropa imperializmi və bir imperatorluğun parçalanması kontekstində oxunmalıdır”.Yazıda milyonlarla insanın imperializmin boyunduruğundan qurtuluşu və müstəqilliyi uğrunda mübarizə apardığını, eləcə də həyatını itirdiyini qeyd edən F.Altun, bu müddətin əsrlər boyu Osmanlı hakimiyyəti altında barış içində yaşayan bütün etnik və dini qruplar üçün də ağrı və kədərlə dolu olduğunu xatırladıb.1915-ci il hadisələrinin “soyqırımı” olaraq qəbul edilməsinin erməni diasporunun təsirindən irəli gəldiyini deyən F.Altun Türkiyə olaraq bunu qəti şəkildə rədd etdiklərini bildirib. Qeyd edilib ki, xalqın maraqları və milli təhlükəsizlik üçün hər zaman olduğu kimi Türkiyə ilə müttəfiqləri arasında dialoq və əməkdaşlıqlar davam etdiriləcək. Lakin, millətin tarixini və türk xalqının nüfuzunu ləkələmək üçün edilən təşəbbüslərə qarşı çıxmaqdan da heç bir zaman çəkinilməyəcək.