“İran ABŞ-la Oman Sultanlığı vasitəsilə danışıqlar aparmağı təklif edir”. Globalinfo.az xəbər verir ki, bunu yüksək rütbəli İran rəsmisi “Reuters” agentliyinə deyib. “Bu yol çətindir. Amma Vaşinqton dəstəkləsə, bu cür danışıqlar tezliklə başlaya bilər”, – deyə rəsmi bildirib. Onun sözlərinə görə, İran həmçinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Türkiyə və Bəhreynə rəsmi xəbərdarlıqlar göndərib: “ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq” –deyə rəsmi xəbərdarlıqda bildirilib.Sözügedən mənbə İranın ali rəhbəri Ayətullah Əli Xameneinin ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib. Nəşrin verdiyi bilgiyə görə, İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn hökumətlərinin sözçüləri xəbərdarlığa cavab verməyib. Türkiyə Xarici İşlər Nazirliyi isə bundan xəbərsiz olduğunu, lakin bu cür mesajların başqa kanallarla ötürülə biləcəyini vurğulayıb.
Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə popkorn xəstəliyinin yayılması ciddi narahatlıq yaradır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.
Rusiyanın yavaş-yavaş cənubi Qafqaza geri döndüyü müşahidə edilir. Ermənistan isə bu arada silah istehsal etməyə hazırlaşır. Bu barədə Hreparak nəşri yazır. Qəzetin yazdığına görə İrəvan hökumətinə yaxın olan CPT Holdinq hazırda Ararat vilayətində zavod tikir. Burada istehsal olunan silahların Avropaya satılacağı, həmçinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən də istifadə olunacağı bildirilir.
Tehran nüvə sazişinin imzalanmasına razılaşmasa və nüvə silahı üzərində işi dayandırmasa, İran sentyabr ayına kimi yox olacaq. Bu barədə Britaniyanın “Deyli Ekspress” qəzeti ABŞ Prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən yazıb.Mənbə bildirib ki, İranın nüvə sazişinə razılaşması üçün ABŞ-ın Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı qrupu yerləşdirdiyi müddət qədər “sayılı günləri” qalıb.
Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin
Azərbaycan Ordusu 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab verərək sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb. Ermənistan isə bu xülyaya qapılmışdı ki, guya Azərbaycana dərs verəcək, amma bunun tam əksi baş verdi.