ALMANİYA PREZİDENTİNİN ÖLKƏMİZƏ SƏFƏRİ NƏLƏRLƏ YADDA QALDI?
Baxış sayı: 62
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Ümumilikdə hesab etmək olar ki, Almaniya Prezidentinin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq. Qeyd edək ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana etdiyi rəsmi səfər bir sıra tərəfləri baxımından xüsusilə yadda qaldı. Belə ki, bu səfər birinci növbədə cənab Prezident İlham Əliyevin dünyanın nüfuzlu siyasi liderləri ilə bir sırada dayandığını növbəti dəfə nümayiş etdirdi. Eyni zamanda bu səfər Azərbaycanın ehtiram göstərilən dövlətlərindən olduğunu, Almaniyanın ölkəmizin Avropanın enerji təhlükəsizliyinə və nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdiyini göstərdi. Eyni zamanda səfərin yekunları belə bir qənaətə gəlməyə imkan verir ki, Almaniya Azərbaycanın beynəlxalq aktual məsələlərlə bağlı mövqelərini düzgün dəyərləndirir.
#Azərbaycan #Almaniya #Prezident #səfər