ERMƏNİSTAN SİLAH İSTEHSAL ETMƏYƏ HAZIRLAŞIR

Rusiyanın yavaş-yavaş cənubi Qafqaza geri döndüyü müşahidə edilir. Ermənistan isə bu arada silah istehsal etməyə hazırlaşır. Bu barədə Hreparak nəşri yazır. Qəzetin yazdığına görə İrəvan hökumətinə yaxın olan CPT Holdinq hazırda Ararat vilayətində zavod tikir. Burada istehsal olunan silahların Avropaya satılacağı, həmçinin Ermənistan Müdafiə Nazirliyi tərəfindən də istifadə olunacağı bildirilir. Verilən bilgiyə görə fabrik bir başa ABŞ höökuməti tərəfindən maliyələşdirilir. Hətta ABŞ-in İrəvandakı səfiri də bir müddət əvvəl ora baş çəkib. Nəşr Rusiyanın sözügedən məsələ ilə yaxından maraqlandığını yazır. Qəzetin müxbirlərindən biri bu yaxınlarda təsadüfən İrəvanda yerləşən Çarlz restoranında Rusiya hakimiyyəti ilə birbaşa əlaqəli olan bir neçə iş adamının CPT Holdinqin rəhbəri Qriqor Ter Qazaryanla yüksək səs tonunda danışdığının şahidi olub. Jurnalist əlavə bilgi əldə etmək istəsə də buna nail ola bilməyib. Habelə Holdinqdən də məsələ ilə bağlı açıqlama verməkdən imtina ediblər. Beləliklə rəsmi Moskva İrəvanda artan ABŞ təsirini zəiflətmək və ümumiyyətlə amerikalıları buradan sıxışdırıb çıxartmaq üçün hərəkətə keçdiyi deyilir. Bəzi erməni ekspertlər İrəvan hökumətinin gedən prosseslərdə səssiz qalacağını, mübarizə nəticəsində üstünlüyü ələ alacaq tərəfə istiqamətlənəcəyini bildirirlər. Qeyd edək ki, bir müddət öncə Naxçıvanla sərhəddə yerləşən Yaras bölgəsində ABŞ-in dəstəyi ilə metallurgiya zavodu tikən şirkət də məhz, CPT Holdinq idi. Daha sonra Azərbaycanın çoxsaylı narazılıqları əsasında zavodun yeri dəyişdirildi. #Rusiya #Ermənistan #ABŞ