QUBADA TANINMIŞ ŞAİRLƏ GÖRÜŞ KEÇİRİLİB

QUBADA TANINMIŞ ŞAİRLƏ GÖRÜŞ KEÇİRİLİB Quba - Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və AYB-nın Quba bölməsinin birgə təşkilatçılığı ilə şair, publisist, AYB-nın üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə oxucuların görüşü keçirilib. Tədbirdə kitabxana əməkdaşları, bölgə yazarları, gənclər, ziyalılar, kitabxananın fəal oxucuları və başqaları iştirak edib. Tədbirdə çıxış edən AYB-nın Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı, Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov Qəşəm Nəcəfzadəyə xoş arzularını bildirərək, belə tədbirlərin oxucularla tez-tez keçirilməsinin əhəmiyyətindən danışıblar. Görüşdə çıxış edən müəllif qələmə aldığı son əsərləri, bədii ədəbiyyatın insan həyatındakı rolu haqqında geniş söhbət açıb, iştirakçılara dəyərli məsləhətlər verib,ona ünvanlanan sualları cavablandırıb. Tədbir çərçivəsində bölgə yazarları yeni qələmə aldıqları əsərlərindən parçalar səsləndiriblər. Sonda iştirakçılar xatirə şəkli çəkdirib.

18 SENTYABR “MİLLİ MUSİQİ GÜNÜ”DÜR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması

İLQAR MAHMUDOV ƏLİBƏYQIŞLAQ SAKİNLƏRİ İLƏ GÖRÜŞDÜ

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vladimirovka kənd inzibati ərazi dairəsinin Əlibəyqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon Polis

DÜŞMƏN MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

Sentyabrın 15-də saat 23:55-dən sentyabrın 16-da 00:35-dək Ermənistan silahlı qüvvələrinin

XAÇMAZDA 50 İLLİK KÖRPÜ NİYƏ UÇDU?

Bu körpü 1974-cü ildə tikilmişdi. 49 il idi ki, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-

QUBALI ŞƏHİD ÜMİD HƏSƏNOVUN ANIM TƏDBİRİNDƏ İZDİHAM YAŞANDI

Qubanın İsnovqışlaq kəndində keçən il 12-14 sentyabr hadisələrində qəhrəmancasına şəhid olmuş Ümid İlqar oğlu Həsənovun anım mərasimi keçirilib.  Anım mərasimi İsnovqışlaq kənd

XAÇMAZDA MİNİK AVTOMOBİLİ ÇAYA DÜŞÜB

Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb. İlkin ehtimala əsasən, hadisə nəticəsində VAZ-21011 markalı minik avtomobili çaya düşüb. Hadisə

BAKIDA ARAZ ELSƏSİN İLK SOLO KONSERTİ

“Uzun illər idi gözəl yurdumuzda, gözəl Bakımızda konsert vermək arzusunda idim.