İsrail ordusu Qəzzada HƏMAS-ın hədəflərinə genişmiqyaslı hücuma keçib. Bu barədə
İsrail ordusundan bilgi verilib. “İsrail təyyarələri Qəzzada silah-sursat və komanda məntəqəsini vurub”, - deyə bilgidə qeyd olunub.“HƏMAS İsraillə uzun müddət müharibə aparmağa hazırdır və uzun müddətə çatacaq raket arsenalına malikdir”, - bunu HƏMAS-ın mühacirətdə olan yüksək rütbəli rəsmisi Əli Barake bildirib. Onun sözlərinə görə, girov götürülən şəxslər İsrail və ABŞ həbsxanalarında saxlanılan fələstinliləri azad etmək üçün istifadə olunacaq.
{youtube}DKvjye4wC4M{/youtube}