Elm və Təhsil Naizrliyi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqənin qalibi olan “Unudulmuş ilmələrin sehri” layihəsinin əsas məqsədi digər Azərbaycan xalçalarından
daha qədim tarixi olan "Pirəbədil" xalçalarının yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Layihənin rəhbəri Respublikanın əməkdar müəllimi Ülkər Şıxməmmədova deyir ki, indi layihə çərçivəsində Qubalı şagirdlər unudulmaqda olan ilmələrin sirrini öyrənəcəklər.