Hər həftənin I, III, V günləri Qafqaz Tv-də yayımlanan “Zəfər uğrunda” verilişi torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərlə bağlıdır. Verilişdə Qəhrəman Azərbaycan oğullarının şəhidlik zirvəsinə ucalana qədərki həyat yolundan danışılır, onların arxada qoyub getdikləri yaxınları, doğmalarının şəhidlərimizlə bağlı qürurlu söyləşiləri yer alır.
“Sirlər” verilişi adından da göründüyü kimi dünyada var olan və insanları düşündürən bilinməzlərlə bağlıdır. Verilişdə bütün dünyada insanları daha çox düşündürən müxtəlif qaranlıq mövzulara aydınlıq gətirilməyə çalışılır. Veriliş Qafqaz TV-də hər həftənin II, IV, VI günləri saat 19:00-da yayımlanır.
“Bəlkə” verilişində həm səyahət var, həm tarix, həm də gedilən yerlərdə yaşayan insanların yaşam biçimləri. Veriliş Azərbaycanın qədim yurd yerləri ilə yanaşı ölkədən xaricdə də çəkilir. Bu veriliş çağdaş dünyada öz gələnəklərini qoruyub saxlamağı bacaran insanlar və onların yaşam tərzləri ilə tanış olmaq imkanı verir. Veriliş Qafqaz TV-də hər həftənin I, III və V günləri saat 19:00-da yayımlanır.
“Eldən çölə” verilişi bir səyahət verilişidir. Verilişin aparıcısı Zamiq Hacıyev Azərbaycanın bölgələrinə gedərək bu bölgələrin ən gəzməli yerlərini, orda yaşayan insanların yaşam tərzlərini göstərir. Verilişdə ölkəmizin multikultural dəyərlərindən geniş söz açılır. Veriliş Qafqaz TV-də hər həftənin 4-cü günü saat 16:30-da yayımlanır.
“Çölçü biş-düşü” çöldə, açıq havada, doğa şərtləri altında unudulmaqda olan qədim Azərbaycan yeməklərinin necə hazırlanmasını göstərir. Veriliş hər həftənin II günü saat 17:30-da Qafqaz TV-də yayımlanır.
Qafqaz Tv-də yayımlanan “Birini seç” verilişi toplumda tanınan və seçilən insanların iştirakı ilə çəkilir. Bu verilişi izləyənlər iştirakçıların seçimlərini dinləməklə özlüklərində onların psixoloji portretlərini də bəlirləyə bilərlər. Veriliş qatılımçıları seçim qarşısında qoyaraq onların seçimlərini izəyiciyə göstərir. Veriliş hər həftənin 2-ci günü saat 12:00-da təkrarı isə 7-ci gün saat 23:00-də yayımlanır.
Bu verilişdə I Qarabağ və Vətən Müharibəsi qazilərinin döyüşlərdə göstərdikləri igidlikləri izləyici onların öz dilindən eşidir. Qazilərin danışdıqları Azərbaycan Ordusunun göstərdiyi igidliklər və döyüş taktikası, ölümün gözünə dik baxan qorxmaz şəhidlərimiz haqqında həyacanla, bəzən isə bu həyacandan doğan göz yaşları, Zəfər sevinci verilişin izləyicilərinə də eynu hisləri yaşadır. Veriliş hər həftənin 3-cü günü saat 12:00-da, təkrarı isə 7-ci gün saat 16:30-da Qafqaz tv-də yayımlanır.
Verilişi gündəmdə olan aktual mövzular çevrəsində aparıcının və 3 ekspertin iştirakı ilə müzakirələr təşkil edir. Daha çox milli mənəvi dəyərlər, turizm, iqtisadiyyat, sağlıqla bağlı danışılan verilişdə, bunlarla yanaşı sosial media və bölgə medialarının üzləşdikləri çətinliklər, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ və 31 mart Azərbaycanlıların Soyqrımı günü ilə bağlı verilişlər də çəkilib. Veriliş hər həftənin 4-cü günü saat 12:00-da, təkrarı isə 7-ci gün saat 19:20-də Qafqaz TV-də yayımlanır.
“Çöldə Yaşam Öyüdləri” verilişinin Çölçü Obasındakı qonağı yazıçı Aqşin Yenisey oldu. Milli kimliyin qorunması üçün gənclərin tarixi yaxşı bilməli olduğunun önəmindən
“Çöldə Yaşam Öyüdləri” verilişinin Çölçü Obasındakı qonağı bu dəfə şair, yazıçı-publisist Əkbər Qoşalı oldu. Ona yaşam yolunda dayaq olan, uğur gətirən, yaşamını
“Yanıltmac savaşı”- Qubanın 7 və 1 saylı orta məktəblərinin komandaları
«Çöldə yaşam öyüdləri» verilişinin bu dəfəki qonağı: Bilal Erdoğan –Dünya EtnoSpor Konfederasiyasının başqanı