Bu dəfə “Birini seç” verilişinin qonağı Türkiyəli elektrik ustası Aytac Deveci oldu.
Baxış sayı: 545
Sadə sualların arxasında gizlənən dərin düşüncə, səmimi cavablar və bəzən gözlənilməz seçimlər – Aytac bəyin iştirak etdiyi buraxılış həm düşündürdü, həm güldürdü.
Veriliş boyu ona belə suallar ünvanladıq:
? Milli, yoxsa dəblə geyinmək?
☕ Qəhvə, yoxsa çay?
✈️ Avtobus, yoxsa təyyarə?
???? Ailə, yoxsa karyera?
❤️ Sevmək, yoxsa sevilmək?
?️ Köçəri həyat, yoxsa oturaq yaşam?
? Yadplanetli ilə qarşılaşsanız, qonaq edərdiniz, yoxsa qonaq gedərdiniz?
? Yaxındakı uzaq, yoxsa uzaqdakı yaxın?
? Varlı olsaydınız — şəhərdə, yoxsa kənddə yaşamaq istərdiniz?
Aytac bəyin “Yadplanetliyə qonaq gedərdim!” cavabı isə verilişin ən yadda qalan məqamlarından biri oldu. Səmimi və fərqli yanaşmalar sizi də düşündürəcək.
? Verilişi izləməyi unutmayın – çünki hər seçimin arxasında bir həyat baxışı dayanır.
? Bəyənin | ? Rəy yazın | ? Abunə olun!
