Etnoqrafiya keçmişin, yoxsa gələcəyin elmidir? | Elmdir, siyasətdir, yoxsa silahdır? | Gələcək Bilik #9
Baxış sayı: 153
Etnoqrafiya sadəcə keçmişin öyrənilməsi deyil. Bu gün milli kimlik uğrunda mübarizədə həm elmi silah, həm siyasi alət, həm də təhsildə təbliğat vasitəsi rolunu oynayır.
Bu buraxılışda birlikdə suallara cavab axtarırıq:
– Etnoqrafiyanın gənclərin yetişdirilməsində rolu nədir?
– Gələcəyin bilikli və dünyaya açıq insanı necə formalaşdırmaq olar?
– Mədəni irs bizi gələcəyə aparır, yoxsa keçmişdə saxlayır?
– Etnoqrafiya təkcə elm, yoxsa həm də ideoloji vasitədirmi?
"Gələcək Bilik" verilişində bu dəfə etnoqraflarla və sahə mütəxəssisləri ilə milli dəyərlərin, qloballaşmanın və gələcək təhsilin kəsişməsində müzakirə aparırıq.
👉 Verilişi izləyin, fikrinizi paylaşın, gələcəyin təhsilini birgə quraq!