Uğur üçün ən vacib bacarıq nədir? Məktəb bizi buna hazırlayırmı? | Gələcək Bilik #8

Bugünkü "Gələcək Bilik" buraxılışında uğurun klassik formuluna yeni bir baxış gətiririk. Məktəbdə bizə bilik verirlər. Bəzən bacarıq da. Amma bəs emosional zəka, ünsiyyət bacarığı, özünüifadə və empatiya kimi uğur üçün həyati önəm daşıyan bacarıqlar necə? 💬 Gənclərimizin uğur qazanması üçün bu "yumşaq bacarıqlar" niyə bu qədər vacibdir? 🏫 Təhsil sistemimiz bu bacarıqları formalaşdırmağa nə dərəcədə hazırdır? 🌍 Yeni dövrdə uğur qazanmaq üçün bu bacarıqlar olmadan irəli getmək mümkündürmü? Bu vacib suallara birlikdə cavab axtarırıq. Bizimlə qalın!