East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər. Xarici KİV-ləri xəbər verir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən biri deyib: “Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq”.
UEA-nın alimi Jonathan Todd Marian çökəkliyində karbohidrogenlərlə qidalanan bakteriyalar qrupu aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, karbohidrogenlər hidrogen və karbon atomlarından ibarətdir. Bu, xam neft və təbii qazda da mövcuddur. Həmin mikroorqanizmlər neftlə qidalanaraq yaşayırlar.