ŞİMAL BÖLGƏSİNDƏ DƏ ARIÇILARA SUBSİDİYALAR VERİLİR

Ölkədə Arıçılıqla məşğul olan arıçılara saxladıqları hər ailəsinə görə subsidiyalar verilir.Bu tədbirlərin nəticəsi olaraq, arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında və bal ixracında əhəmiyyətli dərəcədə artım müşahidə edilir.

Kənd təsərrüfatı nazirliyinin növbəti müvafiq qərarından sonra hazırda respublikada arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə görə subsidiya almaq üçün rayon və şəhər komissiyalarına müraciətlər daxil olmaqdadır. Artıq şimal bölgəsində də arıçılıqla məşğul olanlara saxladıqları hər arı ailəsinə görə subsidyalar verilməsinə başlanılıb. Onu da nəzərinizə çatdıraq ki, təsərrüfatlarında artım olan arıçılara növbəti ildə həmin arı ailələri üçün əlavə subsidiyalar də ödənilməsi planlaşdırılır. Arıçılara subsidiyaların verilməsindən sonra respublikada bal istehsalında artım müşahidə olunub.Azərbaycan Arıçılar Assosiasiyasının əməkdaşı Şahin Cəfərov Qafqaztvyə açıqlamasında bildirib. Onun sözlərinə görə ,Bu il bal istehsalı 5 min tona çatıb. Ötən il isə ölkədə 3min ton bal istehsal olunub.Bu da ötən ilin göstəricisindən 66.7 faiz çoxdur