18 OKTYABR MÜSTƏQİLLİK GÜNÜ QUBADA DA QEYD OLUNDU

Həyatda elə əlamətdar günlər, hadisələr var ki, bütün ölkənin taleyində, müqəddəratında həlledici rol oynadığından ayrı-ayrı fərdlərin deyil, bütöv bir xalqın yaddaşına əbədi həkk olaraq qızıl hərflərlə yazılır.

Ölkəmiz üçün 1991-ci ilin 18 oktyabrı məhz belə günlərdəndir. Azərbaycan tarixinin şanlı səhifələrini vərəqləyən hər kəsə məlumdur ki, XX əsrin əvvəllərində xalqımız öz azadlığı uğrunda apardığı mübarizəni uğurla tamamlayaraq Şərqdə ilk demokratik əsaslarla idarə olunan Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Lakin daxili çəkişmələr və xarici müdaxilə nəticəsində cümhuriyyətimiz cəmi 23 ay yaşadı. Əsrin əvvəllərində müstəqilliyə yol açmış şərait əsrin sonunda bir daha təkrarlandı. SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu ilə respublikamızda müstəqillik rəsmən elan olundu. Bununla da Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyuldu.Bu günün şərafətini, qürurunu yaşayan qubalılar da üçrəngli bayrağımızın şöləsində 6 km məsafəyə yürüş etdilər. Müstəqilliyin bərpasının 28-ci ilini qeyd etdiyimiz Azərbaycan Respublikası tarixən qısa zaman kəsiyində əsrə bərabər bir inkişaf yolu keçmiş, sosial-iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji və ideoloji cəhətdən xeyli güclənib, özünün tam iqtisadi və siyasi cəhətdən müstəqil olmasını əməli işdə sübut edib. Bütün azərbaycanlılar kimi qubalıları da qürurlandıran odur ki,dövlətimiz bu gün tam müstəqil daxili və xarici siyasət yürüdür. Azərbaycan Respublikası demokratik inkişaf və hüquqi dövlət quruculuğu istiqamətində, azad bazar münasibətlərinə keçid, dərin sosial-iqtisadi və siyasi islahatlar apararaq azərbaycançılıq və dövlətçilik prinsiplərini inkişaf etdirərək böyük müvəffəqiyyətlərə nail olub. Həqiqətisə odur ki,bütün bu nailiyyətlərin qazanılmasında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası, demokratik və hüquqi dövlət quruculuğu məsələləri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin gördüyü misilsiz işlər, yeritdiyi düzgün, məqsədyönlü daxili və xarici siyasət sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Ulu öndərimizin ölkəmizə rəhbərliyi illərdə gördüyü möhtəşəm işlər, apardığı uğurlu islahatlar vətənə və xalqa sədaqətlə xidmətin ən bariz nümunəsidir. Bu dahi şəxsiyyət elə bir zəngin irs qoyub gedib ki, bu gün xalqımızın öyünməyə haqqı var. Ulu öndərimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, qubalılar da onun əlləri ilə yaradılan bir ölkənin — müstəqil Azərbaycanın vətəndaşı olmağıyla qürur duyur. Müstəqil Azərbaycan Respublikası bu gün özünün inkişafının keyfiyyətcə yeni, daha uğurlu mərhələsinə qədəm qoyub. Azərbaycanın və regionumuzun yeni lideri, ümummilli liderimizin siyasi varisi Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, qətiyyətli daxili və xarici siyasət ölkəmizin daha sürətli, dinamik inkişafına yol açıb. Ötən 28 ildə Azərbaycanda siyasi sabitlik daha da möhkəmlənib, mühüm regional layihələr reallaşıb, ölkəmiz regionun lider dövlətinə çevrilib. Bütün bunlar dövlət müstəqilliyimizin xalqımıza bəxş etdiyi töhfələrdir. Onun qədrini bilməli, Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün hamımız var qüvvə ilə çalışmalıyıq. Müstəqillik günü ilə bağlı Quba meydanından start götürən yürüşün finişi şəhərin girişində Quba Asan Həyat kompleksinin qarşısında olub. Burada bayram münasibətilə tədbir keçirilib.Ulu öndər heydər əliyevin və dövlət başçımız İlham Əliyevin vətənpərvərlik,dövlətçiliyə sədaqət mövzularında deyimləri səsləndirilib,müstəqil Azərbaycanımızın dövlət himni oxunub.Çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirakçıları bayram münasibətilə təbrik edib.İcra başçısı xüsusi vurğulayıb ki,müstəqilliyinin 28 iliyini qürurla qeyd etdiyimiz Azərbaycanımızın beynəlxalq imicinin yüksəlişinə təkan verən amillərdən ən mühümü ölkəmizin təməli ulu öndərimiz tərəfindən qoyulan dinamik inkişafıdır.Hazırda dövlət başçımız İlham Əliyev tərəfindən həyata keçirilən dövlət proqramları bütün bölgələrin, o cümlədən də Qubanın inkişafına nail olmaqla əhalinin məşğulluğunun təmin edilməsinəabadlıq və quruculuq işlərinin aparılmasına,infrastrukturun yenidən qurulmasına yol açıb.Tədbir çərçivəsində beynəlxalq yarışların qalibi olan qubalı idmançılara mükafatlar təqdim olunub.bayram tədbiri konsert proqramı ilə yekunlaşıb.