“Ağ şəhər” metro stansiyası

Bakının Nobel prospektində, “Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb

Bakının Nobel prospektində, “Ağ Şəhər” ərazisində inşa ediləcək yeni metro stansiyası üçün yer ayrılıb. Yeni metro stansiyası “Dərnəgül” – “Xətai” xətti üzərində, yəni Yaşıl xətdə yerləşəcək, “Xətai”dən sonrakı stansiya olacaq”

“Ən yaxşı snayper”

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri arasında “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Bu gün “Yer saatı” günüdür

Bu gün dünyanın bir çox ölkəsində “Yer saatı” kampaniyası ilə əlaqədar işıqlar söndürüləcək

“Yer saatı” kampaniyası planetimiz üçün müsbət dəyişikliklər etmək məqsədilə yüz milyonlarla insanı ətrafına cəm edən qlobal ekoloji hərəkatdır. Kampaniyanın əsas hədəfi kütlənin gücündən yararlanaraq ətraf mühitə töhfə verməkdən ibarətdir.

Ölkəmizin turizm potensiali təqdim olunur

Ölkəmiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edir.

Azərbaycan ənənəvi incəsənəti təqdim olunub

Sərginin ən əhəmiyyətli eksponatı XIX əsrə aid Qarabağın “Bəhmənli” xalçasıdır.

Aprelin 11-də Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Xalça Muzeyinin iştirakı ilə “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılacaq.

Şəxsiyyət vəsiqələri yeni qaydalarla veriləcək

Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib

Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı yeni qayda müəyyən edilib. Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.