Ətirşah olan evdə bit, birə olmur

Vətəni cənubi Afrika olan ətirşah Avropaya XVII əsrin axırlarında dekorativ bitki kimi gətirilib. Yarpaqlarında çoxlu miqdarda efir yağları var. Gülü, yarpaqları və kökü isə çox xeyirlidir.

Ətirşahın yarpaqlarını ovxaladıqca əldə qəribə və xoşagələn ətir qalır, limon, alma və nanənin birgə ətrini xatırladır. Ondan alınan efir yağları aromaterapiyada geniş istifadə edilir. Onu da qeyd etmək lazımdır ki, ətirşah olan evdə güvə, gənə, bit, birə və s. həşəratlar olmur.

17 Min il yaşı olan saxsı tapılıb

Çin arxeoloqları ölkənin cənubundakı Quandun vilayətində təxminən 17 min il əvvələ aid olduğu güman edilən saxsı qabın hissəsini tapıblar. Paleolit dövrünə aid saxsı qabın bir hissəsi İnde şəhəri ərazisindəki Çintan xarabalıqlarından tapılıb. Bu, Çində ilk saxsı qabın məhz ölkənin cənub hissəsində istifadə olunduğunu göstərir. Bildirilir ki, 2016-cı ildən bəri Çintan xarabalıqlarında 10 mindən çox qədim əşya və ya onların hissələri, habelə insan sümüyü tapılıb. Bundan başqa, ərazidə yemək bişirmək və saxlamaq üçün xüsusi yerlər aşkarlayıblar. Çintan xarabalıqlarından tapılanlar Çinin 10 ən vacib arxeoloji tapıntıları sırasına daxil edilib.

Kənddə uşaq bağçası

Bu bağça xüsusi olaraq turistlərin övladları üçün düşünülən bağçadır

Kənddə uşaq baxçası ideyası Sizə gülməli gəlməsin, belə bir biznes yaratsanız xeyli gəlir əldə edə bilərsiniz, xüsusən də yay aylarında. Hər il on minlərlə insan istirahət üçün təbiət qoynuna, dağ kəndlərinə üz tutur. Amma gənc ailələrdən olan insanların bir çoxunun dağlara, meşələrə, şələlərərə üz tutmaq, bəzən ekstremal turizmlə məşğul olmaq istəyinin qarşısını alan azyaşlı uşaqları kimə etibar etmək problemidir. Misal üçün təsəvvür edin gənc bir ailə azyaşlı uşaqları ilə dağ kəndinə turist səfərinə gəlib, amma elə azyaşlı uşaqlara görə də onlar dağa piyada gəzintiyə çixa bilmirlər və ya meşələrin dərinliyində, dağ çayları, şələlələr olan yerlərdə pikniklərə yollana bilmirlər.

İlk elektron kalkulyatorun hazırlandığı gündür

15 aprel tarixdə ilk elektron kalkulyatorun hazırlandığı gündür. Yaponlar bunu 1970-ci ildə hazırlasalar da əslində aymaq üçün işlənən maşının yaşı çox qədimdir.

Mexaniki kalkulyator və ya hesablama maşını, hesabın elementar avtomatik əməliyyatlarını yerinə yetirmək üçün istifadə edilən mexaniki qurğudur. Əksər mexaniki kalkulyatorlar kiçik stolüstü kompüterlərə ölçüdə oxşar idi və elektron kalkulyatorun gəlməsi ilə öz yerini onlara verib. Mexaniki Kalkulyatoru isə 1642-də Blez Paskal tərəfindən icad olundu. Bu Paskal Kalkulyatoru və ya Pascaline adlandırıldı və 17-ci əsrdə yeganə mexaniki kalkulyator idi . O, 3 il səydən və 50 təcrübədən sonra o öz kalkuyatorunu ictimaiyyətə təqdim etdi. Pskal növbəti on il ərzində bu maşınlardan 20 ədəd hazırladı. Bu maşın bilavasitə iki ədədi toplaya və çıxa, o cümlədən təkrar bölə bilirdi.Bu maşın dəfələrlə özünü sübut etdi. Və bu hadisə düz 377 il əvvəl Paskal 19 yaşında olarkən baş verdi. O mexaniki iş görmək ideyasını düşündü və bu məqsədlə layihə yaratdı. Pskalın bu ixtirası sonralar bir çox elmi uğurlara yol açdı. 1643-cü il ərzində Rouendən olan Fransız saatsazı Paskalın işini eşitdikdən sonra özünün hesablama saatını layihələşdirməyə başladı.

Ən yaxşı turizm məkanları

Santander və Qranada şəhərləri İspaniyada ən yaxşı turizm məkanları elan edilib

İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb. İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına əsasən bu şəhərlər ən yaxşı turizm məkanları seçiliblər.İspaniyanın Santander və Qranada şəhərləri turistlərdə daha yaxşı təəssürat yaradıb. İspaniyanın İstehsalçılar və İstehlakçılar Təşkilatının məlumatına əsasən, 100 ballıq cədvəl üzrə Santander 87 bal, Qranada isə 85 bal toplayıb.Reytinqin lideri olan Santander turistləri özünün təhlükəsizliyi, yerli sakinlərin dostcasına münasibəti və qastronomiyası ilə yaxşı mənada heyrətləndirib. Eyni zamanda, turistlər buradakı qiymətlərin yüksək olmasından gileyləniblər.Barselona və Madrid hərəyə 80 bal toplayıb. Bu şəhərlərdə turistləri daha çox nəqliyyat infrastrukturu, əyləncə və alış-veriş cəlb edib. Yeri gəlmişkən, bu meyarlara görə, yüksək ballar alan şəhərlər sırasında Bilbao, Sevilya və Valensiya da var.

Dünyanın ən dərin hovuzu açılacaq

 İlin sonunda Polşada dünyanın ən dərin hovuzu açıla bilər. Bu barədə CNN məlumat yayıb. Bildirilir ki, onun dərinliyi 45 metrə çatır. Hovuz peşəkar akvalanqçılar üçün nəzərdə tutulub və 8000 kub metr su tutacaq. Rekord göstəriciyə malik hovuz 25 metrlik hovuzdan 27-dəfə çox su tutacaq. Güman edilir ki, o, yalnız məşqlərə başlayan idmançılar üçün əlverişli olmayacaq, həmçinin təcrübəli idmançılar, eləcə də xüsusi sualtı tuneli üzrə gəzə biləcək seyrçilərə də maraqlı olacaq.

Dünyanın ən böyük uçağı sınaq uçuşu edib

"Stratolaunch Systems" şirkəti şənbə günü ABŞ-ın qərbində raket daşıyıcılarının havaya buraxılışı üçün nəzərdə tutulan dünyanın ən böyük "Stratolaunch" təyyarəsinin ilk yay sınağını həyata keçirib. TASS xəbər verir ki, sınaq uçuşu Kaliforniya ştatının Mohave səhrası üzərində baş tutub. İkigövdəli təyyarənin qanadlarının kənar nöqtələri arasındakı məsafə 117 metrdir. Hava gəmisində "Boeing 747" təyyarəsinin altı mühərriki quraşdırılıb.

VI Beynəlxalq kitab sərgi-yarmarkası keçiriləcək

 Mədəniyyət Nazirliyinin dəstəyi ilə növbəti Bakı Beynəlxalq kitab sərgi-yarmarkası sentyabrın 27-də təşkil olunacaq.

Nazirlikdən bildirilib ki, altıncı dəfə keçiriləcək sərgi-yarmarka üç gün davam edəcək. Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və digər aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, habelə yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.