Adi çınqıl daşlarını gəlirli biznesə çevirmək olar
Şimal bölgəsində çoxlu sayda əyləncə, istirahət zonaları fəaliyyət göstərir, bir çox insanlar öz həyatyanı sahələrindən, evlərindən kənd turizmi, eko turizm obyekti kimi istifadə edir.Bu zaman isə fərqli, yaraşıqlı dekorativ dizayn işlərinə ehtiyac yaranır. Bu ehtiyacları xaricdən gətirilən bahalı məhsullarla da ödəmək olar, elə çox ucuz qiymətə başa gələn yerli məhsullarla da. Məsələn adi çınqıldan istifadə etməklə maraqlı, yaraşıqlı dizayn işləri həyata keçirmək mümkündür.