AZƏRBAYCAN VƏ QIRĞIZISTAN XARİCİ İŞLƏR NAZİRLƏRİ ARASINDA GÖRÜŞ OLUB

Qırğızıstan Respublikasının Xarici İşlər Naziri ilə Azərbaycan Xarici işlər Naziri arasında görüş keçirilib. Görüşdən

LAÇIN RAYONUNUN SEYİDLƏR KƏNDİ

Laçın rayonun Seyidlər kəndi dağətəyi ərazidədir. Kənd seyidlər nəslinin adını daşıyır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilənə qədər kənd sakinləri heyvandarlıqla məşğul idi. Kənd 2020-ci ilin dekabrında işğaldan azad edilib.

ƏLƏTDƏ AZAD İQTİSADİ ZONA YARADILIR

Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.Ələt

REGİONAL İNNOVATİV TURİZM MƏHSULU

İyulun 1-də Dövlət Turizm Agentliyi tərəfindən hazırlanmış, regionlarda turizm startaplarının dəstəklənməsini, eləcə də regional turizmə investisiyaların cəlb edilməsinin təmini məqsədini daşıyan “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) proqramı ictimaiyyətə təqdim olunub. Təqdimat tədbirində bildirilib ki, “RİTM” regional sahibkarlıq proqramı olaraq turizm sahəsi üzrə investorları və İT mütəxəssislərini cəlb etməklə innovativ startaplara təkan verilməsi, yerli əhalinin sahibkarlıq sahəsində potensialının inkişaf etdirilməsi, eləcə də turizm üzrə fəaliyyət göstərən kiçik və orta sahibkarların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında startap proqramının bölgələrimizdə xidmət keyfiyyətinin yüksəldiləməsinə, turizm məhsullarının sayının və çeşidinin artmasına, həmçinin dayanıqlı turizmin inkişafına töhfə verəcəyini bildirib.Fuad Nağıyev qeyd edib ki, regional turizmin inkişafı məşğulluğun artmasına və turizmyönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verəcək əsas amillərdən biridir. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadənin sözlərinə əsasən pandemiyanın təsirləri nəticəsində dünya turizmində 73 faiz azalma müşahidə edilib. Azərbaycanda isə bu, təxminən 80 faiz olub. Artıq sərhədlər açılıb. İnanırıq ki, ölkəmizə gələcək əcnəbi vətəndaşların sayı çoxalacaq. “COVİD-19 hər yerdədir, ətrafımızdadır. Pandemiya dövründə dövlət tərəfindən aidiyyəti tədbirlər görülür. Sərhədlər isə mərhələli şəkildə açılır, artıq bir neçə ölkə müəyyən qaydalarla sərhədləri açıb”.Bunu mətbuat konfransında Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid səsləndirib.O qeyd edib ki, dünyada pandemiyanın qarşısının alınması üçün qlobal tədbirlər görülməlidir: “Beynəlxalq turizm də qlobal tədbirlərdən asılıdır. Koronavirusun turizm sənayesinə verdiyi zərər böyük olub, amma gələcək üçün əsas daxili turizmin inkişafıdır. Daxili turizmin daha çox inkişafına şərait yaradılacaq”. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "RİTM” layihəsinin real və ölçülə bilən nəticələrə yönəldiyini bildirərək layihəyə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını qeyd edib.O, layihədə KOB subyektləri vasitəsilə məşğulluğu təmin etmək istiqamətində olan komponentlərin təqdirəlayiq olduğunu vurğulayıb. Təqdimat prosesində “RİTM” proqramına qoşulmaq üçün hazırlanmış https://ritm.tourismboard.az/ veb-saytının funksiyaları izah olunub, eləcə də startap proqramına müraciətlə bağlı şərtlər və qaydalar açıqlanıb.Tədbir çərçivəsində DTA və ATB-nin məsul şəxslərinin iştirakı ilə keçirilən mətbuat konfransında media nümayəndələrinin sualları cavablandırılıb.

27 ÖLKƏDƏ VAKSİNASİYA SERTİFİKATI SİSTEMİ QÜVVƏYƏ MİNİB

Avropa İttifaqına üzv 27 ölkənin hamısında qurum daxilində sərbəst hərəkəti təmin edəcək vaksinasiya barədə

BİRGƏ HƏRBİ TƏLİMLƏR DAVAM EDİR

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında

PEDAQOGİKA NƏDİR?

Pedaqogika elmi 17-ci əsrdə elmi cəhətdən əsaslandırılan bir elmi istiqamət olub, sonrakə dövlərdə inkişaf

QIRĞIZISTANLA TÜRKİYƏ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ

Qırğızıstan Prezidenti Sadır Japarov bu ölkədə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul