ERMƏNİLƏR XANKƏNDİNİ NİYƏ TƏRK EDİR?

Sosial şəbəkənin erməni seqmentində Xankəndi şəhərinin əhalisinə xəbərdarlıq edilməsi ilə bağlı məlumatlar yayılıb. Belə ki, separatçıların adından yayılan məlumatda bildirilib ki, buradakı ermənilər aprelin 30 – a qədər Xankəndidən təxliyyə olunacaqlar. Sözü gedən xəbər ermənilər arasında şok effekti yaradıb və böyük təşvişə səbəb olub. Məsələ ilə bağlı yaranan narahatlıqdan sonra, Ermənistanın bir çox xəbər portallarında əhalinin Qarabağdan çıxarılması ilə bağlı yayılan xəbərin yalan olduğu vurğulanıb və həmin məlumat təkzib edilib.