Falcon Heavy ağır raketinin Floridadan havalanmasına bir neçə gün qalır. 7 aprelə planlanan bu böyük start 9-na ertələndi. Bu start kosmosun ağır raketlərlə fəthində ən önəmli hadisə sayılır. Niyə?
Falcon Heavy ağır raketi bir dəfə kosmosa qalxıb, ancaq içində faydalı yük yerinə İlon Maskın Roadster markalı elektrikli maşını olub. İndi isə raket kosmosa Arabsat-6A missiyası ilə uçacaq. Yəni SpaceX Lockheed Martin tərəfindən SəudiyyəƏrəbistanı üçün istehsal edilmiş 6 ton (!) ağırlığındakı peyki geokeçid orbitinə çıxaracaq. Peyk Günəş panelləri əlavə edilmiş ən yeni texnologiyalar əsasında düzəlib. Məqsədi Yaxın Şərq, Afrika və Avropa əhalisi üçün tv, İnternet və telefon xidməti vermək olacaq.








