26 fevral Azərbaycan tarixinin qanlı səhifələrindən biridir. Xocalı əhalisnin başına gələn faciə dünyada misli görülməmiş hadisələr siyahısına salınır. Şuşa dram teatrının aktyorları bu unudulmaz hadisəni Qubada Bəşir Səfəroğlu adına Mədəniyyət evində tamaşaçılar üçün səhnələşdirdilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Heçnədən xəbəri olmayan insanlar. Yatdıqları yerdən tankdan açılan atəş səsi ilə, evlərə zorla soxulan mənfur ermənilərin səslərinə oyandılar. Onlar hələ də hadisənin şokunda idilər. Amma artıq Azərbaycanın tarixinə qanlı, faciəli bir səhifənin yazılmasına başlanmışdı. Həmin hadisələrdən artıq 28 il keçir. Tariximizin acılı səhifələrindən olan Xocalını Azərbaycan miləti heç bir zaman unutmur,unutdurmur. Bununla bağlı Şuşa Dövlət Musiqili Dram Teatrının heyəti Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə Qubada Bəşir Səfəroğlu adına Mədəniyyət evində Enurə Abdullayevin Əsgər papağı tamaşısını nümayiş etdirdilər. Fevralın 21-dən start verilən bu tamaşa Azərbaycanın bir çox bölgələrində tamaşaçılara nümayiş olunub. Əsərin yazarı Elnurə Abdullayeva Qafqaz tv-yə tamaşa haqqında məlumat verib. Hadisələr bir göz qırpımında baş verdi. Heç kim bilməzdiki hər daşından tarix qoxan , insanlarının mehriban olduğu qədim diyar Xocalının başına bu hadisə gələcək. Faciə tək Xocalıda yaşıyanların deyil bütün Azərbaycanlıları, Böyük türk ulusunun başına gələn ən dəhşətli hadisədir. Və biz heç bir zaman bu günü unutmayacıq. Bir gün uğrunda milyonların qanı axmış 3 rəngli şanlı Azərbaycan bayrağını Xocalıda dalğalandıraraq canını fəda etmiş soydaşlarımızın ruhunu şad edəcik. O gün uzaqda deyil.