“ÇİNGİZ XANIN YEMƏYİ”NİN SİRRİ
Baxış sayı: 595
“Çölçü” Milli Mədəni İrsin İnkişafı ictimai birliyinin tarixi gələnək və adətlərin yaşadılması istiqamətində gördüyü işlərdən biri də “Çölçü Biş-düşü” layihəsidir. Bu layihə çərçivsində Azərbaycanda yaşayan müxtəlif xalqların mətbəx nümunələrindən bu günə qədər onlarla yeməklər hazırlanıb. Hazırlanması üçün seçilən yeməklərin çoxu isə unudulmaqda olan yeməklərdir. Layihə çərçivəsində yeməklərin bişirilmə texnalogiyaları ilə bağlı verilişlər çəkilir və həm efir yayımı vasitəsilə, həm də sosial şəbəkələrdə izləyicilərə təqdim edilir.
“Çölçü Biş-düşü”ndə bişirilən yeməklərin özəlliklə çöldə bişirilməsi asan yeməklər olmasında əsas məqsədlərdən biri də Azərbaycanın təbiət mənzərələrini göstərmək və eləcə də Azərbaycanın gələnksəl yeməklərinin hər birinin təkraraolunmaz dada malik olmaqla bərabər tək rahat mətbəx şəraitində deyil, mətbəxdən kənarda da bişirilməsinin mümükünlüyünü göstərməkdir
Bu dəfə “Çölçü” İB-nin layihələrindən biri olan “Çölçü Biş-düşü” layihə çərçivəsində daha bir tarixi gələnksəl yemək olan, bir zamanlar “Çingiz xanın yeməyi” adı ilə tanınan yemək Qubanın turizm imkanları geniş olan, təbiəti ilə göz oxşayan Xanəgah kəndində bişirildi. Yeməyin bişirilməsində isə çay daşlarından, ətdən və bol soğandan istifadə edildi. Yemək bişirilərkən daşların nə işə yaradığını isə yemək bişərkən anladıq. Bu ətin daha tez bişməsinə və dadlı olmasına səbəb oldu.
Xatırladaq ki, “Çölçü” Milli Mədəni irsin inkişafı ictimai birliyinin rəhbəri rejissor və media qurucusu, “çölçü” alt kültürünün yaradıcısı Eltən Törəçidir. İctimai Birliyinin yaranmasının əsas məqsədi Azərbaycanda mədəniyyət və incəsənətin inkişafına, milli, tarixi gələnək və adətlərin qorunub saxlanılmasına dəstək vermək, incəsənət, ekalogiya, turizm sahəsində marifləndirici tədbirlər həyata keçirtməkdir.