“YOUTHVISION 2019” TƏMSİLÇİSİ QAFQAZ TV-NİN QONAĞI OLDU.

Nadir Rüstəmli hansı maraqlı açıqlamalar etdi? Youthvision 2019 beynəlxalq mahnı müsabiqəsində 20 ölkə arasında ölkəmizi təmsil edən Nadir Rüstəmli Qafqaz tv-nin qonağı oldu.hansı maraqlı açıqlamalar etdi?indi biləcəksiniz.

Azərbaycanın istedadlı gəncləri, müxtəlif layihələrdə iştirak edərək daim ölkəmizi ön sıralarda təmsil ediblər. İstər incəsənət istər digər sahələrdə uğur qazanmış gənclərlə hər zaman qürur duymuşuq.Həmin istedadlı gənclərdən biri olan Nadir Rütəmli bugün Qafqaz Tv-in qonağı oldu.Hələ kiçik yaşlarından böyük səhnələrdə gözəl və özünəməxsus ifası ilə tamaşaçı rəğbətini qazanan Nadir Rüstəmli bir çox uğurlara imza atıb.13 ildir ki musiqi ilə məşğul olan Nadirin bu sənətə marağının, şəxsi istəkdən əlavə ailədən də gəldiyini vurğuladı, Musiqinin onu kiçik yaşlarından öz cazibəsinə aldığını deyir. Musiqiyə olan həvəsini isə belə izah edir. Öz arzularının arxasıyca əmin addımlar ilə irəliləyən Nadir qazandığı uğurlar və gələcək planlarını da Qafqaz Tv ilə bölüşməyi unutmadı.