“ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR” TƏDBİRİ KEÇİRİLİB

Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının və Quba rayon Heydər  Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təşkilatçı qurumların, ictimai təşkilarların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, gənclər və tələbələr iştirak ediblər. Tədbir Ümummilli Liderin və Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

{youtube}ZFDOe0D1a-I{/youtube}