“TÜRKÜSTAN AZADLIĞININ ƏSGƏRLƏRİ”

Bolşeviklər Orta Asiyada hakimiyyəti ələ keçirəndən sonra apardıqları siyasətlə qısa zaman içində xalqın nifrətini qazandılar. Beləcə, Orta Asiyanın hər yerində Bolşevik müxalifləri çoxaldı. Hər cür maddi varlıqları əllərindən alınan və əzilən xalq, Bolşevik dövrünün çar dönəmindən heç də fərqli olmadığını, hətta özəlliklə özəl mülkiyyət işlərinə Bolşeviklərin daha çox düşmənçilik bəslədiklərini görərək, eləcə də milli muxtariyyətlərinin ləğv olduğunu anlayaraq üsyan üçün məqam axtarmağa başladılar.Gedərək böyüyən bu üsyan hərəkatı, 1918-ci illərin əvvəlindən etibarən Ruslara qarşı milli mücadiləyə döndü. Ruslar bu üsyançıları Basmaçı adlandırırdılar. Basmaçı hərəkatının başlanğıcı Fərqanə vadisində 1917-ci ildə oldu və çox tez zamanda Orta Asiya türklərinin arasında yayıldı.Rusların bu hərakatı Basmaçı adlandırmasına baxmayaraq Orta Asiya türkləri özlərinə “İslam əsgərləri” və ya “Türküstan azadlığının əsgərləri” deyirdilər. Basmaçı hərəkatının başlanğıc nöqtəsi Kokand şəhəri oldu. Üsyançılar 1919-cu ilin noyabrına qədər Fərqanə vadisinin böyük bir hissəsini ələ keçirdilər. Qorxuya qapılan Sovet idarəçiləri üsyanı yatırdacaq tədbirlər gördülər, ancaq bunların heç biri işə yaramadı. Çünkü üsyanın əsas qüvvəsi olan kəndlilərin yanına, sənətkarlar, yenilikçilər və din adamları da qatılmışdılar.Çarələr arayan Sovet idarəçiləri ən sonda, Qızıl Ordunun şərq komandanı Mixail Vasilyeviç Frunzeni, 13 Avqust 1919-cu ildə Orta Asiya cəbhə komandanı olaraq təyin etdilər.Frunze Bişkek şəhərində anadan olmuş, milliyətçə Moldovan idi. Gəncliyini Orta Asiyada keçirdiyi üçün, türklərin adətlərini çox yaxşı bilirdi. Basmaçılar üsyanı, Türkiyəli Ənvər Paşanın Orta Asiyada görülməsindən və liderliyi qəbul etməsindən sonra daha mütəşəkkil və sürətli bir şəkildə böyüdü. Ənvər Paşa Türk dünyasının birliyi məsələsinə bütün səmimiyyəti ilə inanan bir şəxs idi.Ənvər Paşa 19 may 1922-ci ildə Sovet hökumətinə bir ultimatom verərək Qızıl ordunun Türküstanı tərk etməsini tələb etdi. Rusların rədd cavabı ilə iki tərəf arasında çarpışma başladı. Top və avtomat silahlardan yoxsun Ənvər Paşa qüvvələrinin güclü Rus ordusunu Düşənbə şəhərində məğlub etməsi hər tərəfdə səs küyə səbəb oldu. Ruslar şəhəri tərk edərək qaçmağa başlarkən, Ənvər Paşanın adı bütün Orta Asiyada dillərdən dillərə dolaşmağa başladı. Bu zəfərdən sonra Ənvər Paşa ətrafına yeni qüvvətlər qatıldı. Ənvər Paşa çevrəsində olanlara “Türküstan üçün mütləq savaşmalıyıq deyirdi. Bacarsaq qazi, bacaqmasaq şəhid olarıq. Bundan heç qorxmuruq. Belə it kimi Rus zülmündə yaşamaqdansa atalarımız kimi şərəflə öləcəyik”