“TURİZM HAQQINDA” 22 MADDƏDƏN İBARƏT QANUN LAYİHƏSI TƏSDİQLƏNİB

Milli Məclis “Turizm haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Qanun layihəsi parlamentin dekabrın 20-də keçirilən iclasında müzakirəyə çıxarılıb. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.