“TANRININ ZİREHİ-4” FİLMİ QAZAXISTNDA VƏ AZƏRBAYCANDA ÇƏKİLƏCƏK

Əfsanəvi ulduz Ceki Çanın baş rolu oynadığı “Tanrının zirehi” (“Armour of God”) filminin 4-cü hissəsi Qazaxıstanda və Azərbaycanda çəkiləcək. Bu barədə “Variety” jurnalı Kann Festivalına həsr olunmuş özəl buraxılışında xəbər yayıb. Çəkilişlərin iyul ayında başlayacağı gözlənilir. Rejissor Robert Kunun lentə alacağı film “Salem Entertainment” şirkəti tərəfindən istehsal olunur. Azərbaycandakı çəkilişlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə həyata keçiriləcək. “Allahın zirehi: Ultimatum” adlanan filmdə Ceki Çanın canlandırdığı “Asiya qartalı” ləqəbli personajın macəralarının davamını görəcəyik. Bu dəfə o, dəyəri 20 milyon dollardan çox olan “Tumar” adlı qədim artefaktı ələ keçirmək üçün başlanmış qlobal kampaniyanın iştirakçısı olacaq. Qeyd edək ki, daha əvvəl “Tanrının Zirehi” filminin bəzi səhnələrinin Özbəkistanda çəkilməsi ehtimalı da müzakirə olunmuşdu.