Bir müddət bundan öncə debüt edən yeni nəsil GMC Yukon ofrouderi maraqlı bir funksiyaya sahib olub - elektronikanın xüsusi tənzimləmələri sayəsində ofrouder, demək olar ki, tank kimi yerində dönə bilər.
Bu funksiya fırtına dönməsi» adını alıb və Rivin R1T elektrik pikapında quraşdırılan “tank dönməsi” funksiyasına bənzəyir.Əlbəttə ki, bu dönüşü yerinə yetirmək üçün, təkərlərin altındakı zəminin kiçik ilişmə əmsalına malik olan səthin mövcudluğu şərtdir. Bu zaman elektronika seçilən təkərləri dayandıraraq, mərkəzi oxun ətrafındakı dönmə radiusunu azaldacaq. Yenilik təkərlərin dartma gücünü artırır və əlavə olaraq maşınlara xas olmayan funksiyaları yerinə yetirməyə imkan yaradır. Onu da unutmamaq lazımdır ki, dönmə əməliyyatını yalnız bataqlıqda və yaxud qarda yerinə yetirmək olar,asfalt örtük üzərində “tank dönməsi” təkərlərin və mühərriklərin məhvinə gətirib çıxara bilər. Yeni maşın 400-750 at gücü civarındadır. Quraşdırılan akkumulyatordan asılı olaraq “R1T” enerji doldurulmadan 370-640 km məsafə qət edə bilər.Məlumat üçün onuda bildirək ki hazırlanan avtomobilinin baza qiyməti 117 min manat təşkil edir.