“SƏDƏRƏK”TİCARƏT MƏRKƏZİNİ DAHA SU BASMAYACAQ

Elmi ədəbiyyatlara nəzər salanda görünür ki, davamlı yağışlar nəticəsində bizim əslində sel adlandırdığımız təbiət hadisəsinin fərqli dərəcələri var. Ötən həftə Bakıda yaşanan hadisə şəhər seli kateqoriyasına aiddir. Adından da göründüyü kimi sel gələndə əlbətdə ki, özü ilə müəyyən fəsadlar da gətirir. Belə ki, havaların normadan artıq yağmurlu keçməsi paytaxt ərazisində fəsadsız ötüşmədi. Şəhərdaxilində yerləşən bir çox ticarət obyektləri ilə yanaşı, şəhərətrafı ərazidə yerləşən “Binə” və “Sədərək” bazarlarının da bəzi sıraları yağan yağış nəticəsində su basmayla üzləşdi. Su basmadan sonra bəzi sahibkarların mallarına müəyyən miqdarda ziyan da dəydi. Yağan güclü yağışdan sonra yaranmış xoşagəlməz halı aradan qaldırmaq üçün “Sədərək” ticarət mərkəzinin rəhbərliyi tərəfindən dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub və su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib. Çəkiliş zamanı sahibkarlarla və Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədimlə etdiyimiz söhbətdən belə nəticəyə gəldik ki, Ticarət Mərkəzinin rəhbərliyi qarşıdan gələn payız və qış ayları üçün yağıntılı havaların keçəcəyini nəzərə alaraq yeni su nasoslarının quraşdırılması işlərinin başladılmasına start verib. “Sədərək”Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim dediklərindən bu nəticəyə gələ bilərik ki, bu nasoslar yağış sularının sahibkarlara ziyan vurmasının qarşısını almaq üçün, Ticarət Mərkəzi tərəfindən lazımi tədbirlərin görüldüyündən xəbər verir.

{youtube}Q_8JRoFZQxM{/youtube}