“SON ZƏNG”LƏ BAĞLI XƏBƏRDARLIQ EDİLDİ

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib. Son zəngə artıq 1gün qalıb. Hər kəs xüsusilə də 11-cilər 14 iyuna bir başqa hazırlaşır. Şagirdlər bu günü yaddaqalan, unudulmaz etmək üçün müxtəlif planlar qurur. Amma bəziləri təhlükəsizlik qaydalarına əməl etməyi unudurlar Elə bununla bağlı da Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib. Polis mayoru bir daha valideynlərdən və məzunlardan qanunsuz əməllərə yol verməmələrini xahiş edir.