“SELFİE TYPE”ADLANAN GÖRÜNMƏZ KLAVİATURA HAZIRLANIB.

Cənubi Koreyanın texnologiya nəhəngi olan Samsung şirkəti yeni ilkə imza atıb.Belə ki şirkət “Selfie Type”adlanan görünməz klaviatura hazırlayıb.

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung, bazara çıxardığı flaqman smartfonlar ilə bu sahədə ən məşhur və ən güclü markalardan biridir. Şirkət, önümüzdəki aylarda tanıdılması gözlənilən yeni telefon modelləri ilə gündəmdə olsa da eyni zamanda fərqli məhsullar üzərində də işləyir.Belə ki,Samsung, smartfon və planşetlərdə yazı yazmağı daha fərqli və asan hala gətirəcək bir xüsusiyyət barədə məlumat verib."Selfie Type" adı verilən bu xüsusiyyət, cihazınızın ön kamerasını istifadə edərək süni intellekt alqoritmi sayəsində barmaq hərəkətlərinizi izləyir və sanki əlinizin altında bir klaviatura varmış kimi telefonunuz ya da planşetinizə yazı yaza bilmənizi təmin edir.Bu şəkildə telefona əlinizi vurmadan daha asan bir formada yazı yaza bilərsiniz.Şirkətinin yeni layihəsi, əllərinizin altında görünməz bir klaviatura meydana gətirir və bu klaviaturada yazı yazmaq üçün cihazınıza hər hansı bir təchizatın qoşulmasına ehtiyac olmur