“QƏLƏBƏNİN SİMALARI”- XALQ EKSPOZİSİYASI

“Qələbənin Simaları” Ümumixalq tarixi depozitlərində Vision üz tanıma sistemi işə başlayıb. Bu insanlara öz doğmalarının şəkillərini tapmaqla yanaşı , həm də kimliyi məlum olmayan əsgərlərin qohumlarını tapmağa kömək edəcək.

Layihənin təşkilatçılarının sözlərinə görə Vision üz tanıma sistemi bütün şəkillərin arasından eyni insanları tapacaq və veteranların qohumlarına da onların olduğu şəkilləri tapmağa imkan verəcək. Layihə arxivini genişləndirir və müharibə çağlarında çəkilən şəkillərin toplanması üçün öz səylərini “Ölməz Alay” xalq hərəkəti ilə birləşdirib. Beləliklə “Qələbinin simaları” layihəsinin köməyi ilə dünyanın hər yerindən insanlar öz doğmalarının arxiv şəkillərini tapa biləcəklər, eyni zamanda o şəkilin sahibləri ilə də ünsiyyət qura biləcəklər. “Ölməz Alay” həm də kimliyi məlum olmayan əsgərlərin şəkillərini də saxlayır. Hərəkatın saytındakı xüsusi bölməyə insanlar onlarda olan, amma kimliklərini bilmədikləri əsgərlərin şəkillərini yükləyərək Qələbənin Simaları layihəsinin köməyi ilə qəhrəmanların qohumlarının tapa bilərlər. Xatırladaq ki, “Qələbənin Simaları” layihəsi – Rusiyanın Moskva şəhərində yerləşən Qələbə Muzeyi tərəfindən təşkil edilən “xalq ekspozisiyasıdır”. Arzusunda olan hər kəs layihənin saytına Böyük Vətən Muharibəsini keçən qohumunun şəklini və həyat hekayəsini yükləyə bilər.