“QARABAĞ”IN 700-DƏN ÇOX FANATI XANKƏNDİYƏ YOLLANIR

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda baş tutacaq “Qarabağ” - MOİK oyununu izləyəcək Ağdam klubunun azarkeşlərinin sayı bəlli olub.

Verilən bilgiyə görə, sabah keçiriləcək qarşılaşmada sevimli komandalarını dəstəkləmək üçün Ağdam təmsilçisinin 700-dən çox fanatı Xankəndiyə yollanacaq. Qeyd edək ki, matç saat 14:00-da başlayacaq. Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq. Xatırladaq ki, ağdamlıların rəqibi ikinci təsnifat mərhələsində MOİK - “Cəbrayıl” görüşündən sonra bəlli olub.