“PƏNCƏ-QILINC” TÜRKİYƏNİN QƏRBƏ MESAJIDIR

“Bir gecə ansızın gələ biliriz, hadlerini bilsinlər” deyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balidə keçirilən G-20 sammitində jurnalistlərə açıqlamasında da dediyi kimi Türkiyə terror təhlükəsini aradan qaldırmaq üçün strategiyasının davam etdirir. Beləki, Türkiyə Silahlı Qüvvələri noyabrın 19-u axşam saat 7-də Diyarbəkir hərbi hava limanından havaya qalxan 10 ədəd F-16 hərbi təyyarəsi ilə ilk hədəfləri məhv edərək geri qayıdır. Bundan sonra 20 noyabr gecə saat 1-də F-16 və F-4 savaş təyyarələriylə bərabər çox sayda SİHA-lar və tanker təyyarələri ilə birlikdə bir əməliyyata başladı. Türkiyə Silahlı Qüvvələri tərəfindən başlanan bu əməliyyat Türkiyə tarinin ən böyük hava hərakatlarından idi.