“PRODEXPO 2020” ƏRZAQ SƏRGİSİ KEÇİRİLİB

Moskvada “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisi keçirilib.Azərbaycan şirkətləri Moskvadakı beynəlxalq sərgidə mükafata layiq görülüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə məhsullarımız Moskvada keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri “Ən yaxşı müəssisə” mükafatına, bir gümüş və bir bürünc medala layiq görülüb.