“MƏDƏNİ” FRANSANIN VƏHŞİ ÜZÜ

Fransa deyəndə bəzi insanların ağlına yüksək dəb, incəsənət, mədəniyyət gəlir. Amma bu Fransanın gerçək üzüdürmü? Fransa özünü nə qədər mədəni, bütün insan hüquqlarının və ədalətin, demokratiyanın qorunduğu bir ölkə kimi qələmə versə də, əslində görünmək istədiyi kimi olmadı. Çünki ermənilərin azərbaycanlılara törətdikləri soyqırımlara və qətliamlara baxmayaraq Fransa dövləti ermənistanı dəstəkləməklə onların törətdiyi faciələrə də ortaqlıq etmiş oldu. Elə Xocalı faciəsini dünyanın bir çox dövlətləri azərbaycanlıların soyqımım kimi tanısa da Fransa bu soyqırımı tanımaqdan imtina etdi. Əvəzində isə ermənilərin heç biri tarixi faktlara əsaslanmayan uydurma soyqırımı iddilarını təsdiq etdilər. Bəlkədə insanlıq adına yaraşmayan erməni vəhşiliyini özlərinin yaxın tarixdə etdikləri vəhşiliklərlə eyniləşdirib ermənilərin Azərbaycanda törətdikləri soyqırımlara susdular? Susdular, amma unutdular ki, hər çağ ədalət tərəfdarı olan nə Azərbaycan nə də Türkiyə fransızların Əlcəzairdə və Ruandada törətdikləri soyqırmları unudulmağa qoymayacaq.